Ceyhan neft terminalından 33,48 mln. barelə yaxın neft yola salınıb

Ceyhan neft terminalından 33,48 mln. barelə yaxın neft yola salınıb

Bu il (martın 1-nə olan məlumata görə) Türkiyənin "BOTAS International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından 33,48 mln. barelə yaxın neft yola salınıb.

Mediainfo.az-ın yerli mətbuata istinadən verdiyi xəbərə görə, Ceyhan limanından Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlarından hasil edilən və digər ölkələrinin nefti nəql edilir. Məlumata əsasən, bu il terminalda 46 tanker yüklənilərək yola salınıb. Ceyhan neft terminalından bu günədək 3,6 mlrd. bareldən artıq neft yola salınıb və 4 705 tanker yüklənilib.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az