Azərbaycanda 5 dövlət əmlakı özəlləşdirilib

Azərbaycanda 5 dövlət əmlakı özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi növbəti hərracda 5 dövlət əmlakı özəlləşdirilib.

Bu barədə Mediianfo.az-a nazirlikdən bildirilib.

Məlumata görə, həmin səhmdar cəmiyyətləri və kiçik dövlət müəssisələri Bakı şəhərində, Sabirabad rayonunda və Nefçala şəhərində yerləşir. Onların siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/2Pm3xMo, https://bit.ly/2PydMO1, https://bit.ly/3bPqy1K)

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəyib sifarişçi statusu ala bilər. Sifarişçilərin hərraca onlayn qoşulmaq imkanı da var.

Prosesə marağı olanlar da hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az