Süveyşin bağlı qalmasının SOCAR-a təsiri... - Açıqlama

Süveyşin bağlı qalmasının SOCAR-a təsiri... - Açıqlama

Süveyş kanalının bağlı qalması hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməliyyatlarına demək olar ki, təsir göstərmir.

Mediainfo.az xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov bildirib. Onun sözlərinə görə, Azərbaycan neftinin satışı baxımından şirkətin əsas hədəf bazarı Avropa və Aralıq dənizinin hövzəsində olan ölkələrdir:

“Şərq istiqamətində də zaman-zaman Azərbaycan nefti göndərilir, lakin bu günlərdə həmin istiqamətdə hələlik tankerimiz nəzərdə tutulmamışdı”.

SOCAR rəsmisi bildirib ki, Fars körfəzindən Aralıq dənizinə Süveyş üzərindən neftin daşınması azalsa da, həmin neftin xassələri bizim neftdən fərqlənir:

“Odur ki, hazırkı vəziyyətdən irəli gələn qıtlıq Azərbaycan neftinə olan tələbata da birbaşa təsir göstərməz. Hazırda pandemiya ilə əlaqədar neftə olan tələbat ümumilikdə nisbətən aşağı olaraq qalır. Belə görünür ki, Avropadakı neft emalı zavodları da hələ ki, mövcud həcmlərə qane olur. Beləliklə, yaranmış vəziyyət fraxt qiymətlərinin artması istisna olmaqla, neft bazarına hələ bir o qədər təsir göstərməyib. Vəziyyət yaxın günlərdə aradan qaldırılarsa, ortamüddətli perspektivdə də yəqin ki, hər hansı problem yaranmaz”.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az