Xəzər dənizində süni ada yaradılır

Xəzər dənizində süni ada yaradılır

“İran Xəzər dənizində süni ada yaradacaq”.

Mediainfo.az xəbər verir ki, bunu neft məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.

Ekspert bu barədə İranın Mazandaran əyalətinin Noşehr mahalının bələdiyyə başçısı Əli Amaninin açıqlama verdiyini bildirib:

“Məlumata görə, İranın Mazandaran əyalətinin Noşehr şəhərində artıq bu addımın atılması üçün lisenziya verilib. Negin Parkının qarşısında yaradılacaq adanın dizaynı və ilkin araşdırmaları “Pars Sazeh” tərəfindən həyata keçirilib.

Bələdiyyə sədri adanın dənizdə yaradılmasına dövlət və özəl investorların cəlb olunacağını söyləyib. Bununla əlaqədar olaraq bir elan artıq yayımlanıb. 18 hektar ərazisi olan adanın sahildən 1 km məsafədə yerləşəcəyi diqqətə çatdırılıb. Ada 300 əyləncə gəmisinin qəbulunu, 5 ulduzlu otel, dəniz restoranı, idman və əyləncə mərkəzi, konfrans zalı və digər obyektlərin inşasını əhatə edir”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az