Azərbaycanın 55 şirkəti Rusiyaya pomidor ixrac edəcək

Azərbaycanın 55 şirkəti Rusiyaya pomidor ixrac edəcək

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") qəbul etdiyi qərara əsasən, iyunun 15-dən Azərbaycanın 55 şirkəti dəmir yolu ilə qonşu ölkəyə pomidor və alma ixrac edə biləcək.

Mediainfo.az xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb.

Məlumata görə, bunlardan 31-i pomidor, 24-ü isə alma istehsalı üzrə fəaliyyət göstərən müəssisələrdir.

Qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin təqdim etdiyi sənədlər və verdiyi zəmanət əsasında qəbul olunub. Mal ixracı fitosanitar sertifikatlar əsasında baş tutacaq. Oktyabrın 1-dən isə Azərbaycandan Rusiyaya ixrac konteynerlərlə həyata keçiriləcək.

Çox oxunan xəbərlər
Son xəbərlər

2021.09.17

2021.09.16

2021.09.15

2021.09.14

2021.09.13

2021.09.12

2021.09.11

2021.09.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2021 (c) Mediainfo.az