Qrenlandiya iqlim dəyişikliyinə görə neft axtarışını dayandırır

Qrenlandiya iqlim dəyişikliyinə görə neft axtarışını dayandırır

Qrenlandiyanın sol-yönümlü hökuməti Arktika hökuməti "iqlim böhranına ciddi yanaşdığında görə" bunu "təbii addım" adlandıraraq dünyanın ən böyük adası yaxınlığında bütün neft axtarışlarını dayandırmağa qərar verib.

Oxuməni.az xəbər verir ki, hələ Qrenlandiya ətrafında heç bir neft tapılmayıb, ancaq rəsmilər orada potensial böyük neft ehtiyatının olduğunu ehtimal edirlər.

Qlobal istiləşmə nəticəsində əriyən buzlar potensial neft və mineral ehtiyatlarını üzə çıxara bilər və bu uğurla tapılsa, 57 min nəfərlik yarımmuxtar ərazinin taleyini kəskin şəkildə dəyişdirə bilər.

"Gələcək neftdə deyil. Gələcək bərpa olunan enerjidədir və bu baxımdan qazanacağımız çox şey var" – deyə, Qrenlandiya hökumətinin bəyanatında qeyd olunur. Hökumət "qlobal iqlim böhranı ilə mübarizə üçün məsuliyyətin bir hissəsini öz üzərinə götürmək istədiyini" deyib.

Qərar 24 iyun tarixində verilib, lakin ictimaiyyətə cümə axşamı açıqlanıb.

Adanın uzaqda yerləşməsi və sərt hava şəraiti neft kəşfiyyatını məhdudlaşdırsa da, ABŞ-ın Geoloji Araşdırmalar xidməti Qrenlandiyada 17,5 milyard barel kəşf olunmamış neft və 148 trilyon kub fut təbii qaz ola biləcəyini təxmin edir.

Apreldəki parlament seçkilərindən bəri İnuit Ataqatigiitin partiyasının rəhbərlik etdiyi hazırkı hökumət dərhal seçki vədlərini yerinə yetirməyə başladı və Cənubi Qrenlandiyada uran mədən planlarını dayandırdı.

Qrenlandiyanın hələ karbohidrogen kəşfiyyatı üçün dörd aktiv lisenziyası var. Belə olan halda hökumət aktiv şəkildə kəşfiyyat apardığı müddətdə lisenziyası olanları dəstəkləməyə borcludur. Lisenziyalar iki kiçik şirkətə aiddir.

Hökumətin neft kəşfiyyatını dayandırma qərarı Greenpeace (Yaşıl sülh) ətraf mühit qrupu tərəfindən alqışlanıb və qərar “fantastik” adlandırılıb.

"Və mənim anladığıma görə, qalan lisenziyaların çox məhdud potensialı var" deyə, “Greenpeace Nordic”in baş katibi Mads Flarap Kristensen Danimarkanın “Ingenioeren”həftəlik texnoloji jurnalına açıqlamasında bildirib.

Danimarka adanın xarici, müdafiə və təhlükəsizlik siyasətini müəyyənləşdirir və Qrenlandiyanı iqtisadiyyatının təxminən üçdə ikisini təşkil edən illik qrant ilə dəstəkləyir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az