Qaz sayğacları ödənişsiz quraşdırılacaq

Qaz sayğacları ödənişsiz quraşdırılacaq

Bir ədədi yetmiş-doxsan manat olan qaz sayğaclarının vətəndaşlara daha baha qiymətə satılması təbii ki, çoxlarının narazılığına səbəb olur.

Mediainfo.az xəbər verir ki, bütün bunlar nəzərə alınaraq artıq "Azəriqaz” İB tərəfindən çoxmərtəbəli yaşayış binalarında qaz sayğacları əvəzsiz təmin olunacaq.

Artıq qazdan istifadə qaydalarına edilən dəyişikliyə əsasən mənzil-tikinti kooperativləri tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binalarında məişət qurğularının istifadəsi üçün sayğac qaz paylayıcısının hesabına quraşdırılır və dəyişdirilir.

İstismar müddəti başa çatan, həmçinin texniki nasazlıq yaranan sayğacların təmin edilməsi də vətəndaşın müraciəti əsasında heç bir ödəniş edilmədən həyata keçirilir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az