“Bakıda mənzillərin qiyməti aşağı düşüb” – Deputatdan açıqlama

“Bakıda mənzillərin qiyməti aşağı düşüb” – Deputatdan açıqlama

“Bakıda mənzilin qiymətləri son vaxtlar müəyyən qədər aşağı düşüb. Çünki əhalinin müəyyən hissəsi vəsait yoxdur deyə mənzil almır. Amma, ümumilikdə, kreditlə mənzil alınmasında kredit faizləri də yüksəkdir. Kredit fazilərinin yüksək olması isə əlavə vəsait deməkdir”.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. İqtisadçı mənzil problemini aradan qaldırmaq üçün dövlət tərəfindən bir sıra layihələrin həyata keçirildiyini, lakin bunların da tam yetərli olmadığını diqqətə çatdırıb:

“Aztəminatlı ailələr və tələbələr üçün güzəştli kreditlər var. O cümlədən sosial evlər tikilir, lakin bunlardan yararlanma şansına hər kəs sahib deyil, orada da müəyyən məhdudiyyətlər var. Təbəqələri nəzərə alıb krediti aşağı faizlə və ya uzunmüddətli vermək lazımdır. Necə ki tələbələr üçün tələbə kreditini nəzərə alırıq, digər vətəndaşlar üçün də kredit faizi nəzərə alınmalıdır. Elə şərait yaradılmalıdır ki, insanlar ondan istifadə edə bilsin, vətəndaş o faizlərin yüksək olduğunu hiss etməsin”.

Həmsöhbətimiz bank sistemi ilə əlaqədar həllə ehtiyacı olan məsələlər mövcudluğundan söz açıb:

“Uzun müddətdir kredit faizləri ilə bağlı məsələyə toxunuruq, müəyyən təkliflər veririk, lakin məsələ həllini tapmır. Bazarda kredit faizi yüksək olanda əmlakın da qiymətləri yüksək olur. Bunlar hamısı bir-birinə təsir edən amillərdir.

Burada iki mühüm addım atıla bilər. Birincisi, ehtiyacı olan insanlara mənzillərin verilməsi probleminin öz həllini tapması üçün sosial layihələr daha da genişləndirilməlidir, ikincisi, kredit faizi Mərkəzi Bankın səyi ilə mənzil alan ailələr üçün aşağı salınmalıdır”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az