Avropada qazın rekord qiymətləri səbəbindən bəzi sahələrdə istehsal dayanıb

Avropada qazın rekord qiymətləri səbəbindən bəzi sahələrdə istehsal dayanıb

Avropada sentyabr ayında hər 1 000 kubmetrə görə 1 000 ABŞ dollarına yaxınlaşan qaz qiymətləri bəzi müəssisələrin istehsalı azaltmağa məcbur edib.

Mediainfo.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.

Belə ki, ABŞ-ın gübrə istehsalçısı "CF Industries" İngiltərədəki iki fabrikini bağlayıb. Bununla yanaşı, Norveçin "Yara International ASA" şirkəti ammonyak istehsalını dayandırıb. "Goldman Sachs Group" bölgədəki sənaye istehlakçılarına qazın qiymətlərinin davamlı artması səbəbindən enerji istehlakını azaltmağı tövsiyə edib.

Qaz qiymətlərinin artmasından ən çox zərər çəkən sahələr kimya sənayesi, "mavi" hidrogen və polad şirkətləridir.

"Bloomberg"in məlumatına görə, oktyabr ayında Avropa əlavə olaraq Rusiyadan qaz ala bilər ki, bu da bazarda gərginliyi bir qədər yumşaldacaq.

Belə ki, qaz böhranı Avropa iqtisadiyyatının çətin vəziyyətdən çıxmasına mane olur.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az