Qaz sayğacları ilə bağlı mühüm açıqlama - Video

Qaz sayğacları ilə bağlı mühüm açıqlama - Video

Qaz sayğacları dəyişdirilən və ya yenilənən zaman tam ixtiyar abonentə məxsusdur. Vətəndaşlar smart kart tipli sayğacı da, sonradan ödəmə edilən mexaniki sayğacı da seçə bilərlərlər.

Mediainfo.az xəbər verir ki, bu fikirləri "Azəriqaz" İstehsalart Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, 5 ildən bir əhali üzrə sayğaclar dövlət yoxlamasına çıxarılır. Bundan sonra sayğac seçimi abonentin ixtiyarındadır.

Ruslan Əliyevin sözlərinə görə, hazırda heç bir sayğac bazadan idarə olunmur. Amma növbəti ildən bu sistemdə bəzi dəyişikliklər olacaq.

Qazlaşdırılmayan ərazilərdə yaşayan vətəndaşlara gəlincə, baş direktor onların öz mənzillərinə qaz çəkdirməkdə sərbəst olduqlarını bildirib. Onun sözlərinə görə, proses lisenziyalı təşkilat vasitəsilə həyata keçirilə bilər.

Ruslan Əliyev bildirib ki, hazırda 900-ə yaxın yaşayış massivi qazlaşdırılmayıb. Bunlardan 500-nün qazlaşdırılması qurum tərəfindən həyata keçirilsə də, digər 400-ü ucqar dağ kəndində yerləşdiyindən, prosesi icra etmək hələ ki, mümkün deyil.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az