Azərbaycanda 2022-ci ildə müdafiə və təhlükəsizlik sahəsinə 4,5 milyard manata yaxın vəsait ayrılacaq

Azərbaycanda 2022-ci ildə müdafiə və təhlükəsizlik sahəsinə 4,5 milyard manata yaxın vəsait ayrılacaq

2022-ci il dövlət büdcəsinin 15 faizlik hissəsi müdafiə və təhlükəsizlik xərclərinə yönəldiləcək.

Mediainfo.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zaman deyib.

Nazir bildirib ki, növbəti il müdafiə və təhlükəsizlik xərcləri üçün 4 490 milyard manat vəsait nəzərdə tutulur. Onun sözlərinə görə, gələn il hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması üçün 35 milyon manatın ayrılması nəzərdə tutulur.

Şərifov vurğulayıb ki, 2022-ci il dövlət büdcəsi qarşıda duran çağırışları və reallıqları özündə əks etdirir.

Nazirin sözlərinə görə, bu ilin büdcəsi əhalinin sosial vəziyyətinin yüksəldilməsi, müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, işğaldan azad edilən ərazilərin bərpası üçün maliyyə təminatı yaradır.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az