"SOCAR Türkiyə"nin investisiya xərcləri 16.5 milyardı ötdü

"SOCAR Türkiyə"nin investisiya xərcləri 16.5 milyardı ötdü

"Bu günə qədər SOCAR Terminal, Petkim, "Star" Neft Emalı Zavodu (NEZ) və TANAP daxil olmaqla investisiya xərcləri 16,5 milyard dolları keçib".

Mediainfo.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi "SOCAR Turkey Enerji A.Ş" nin baş icraçı direktoru Zaur Qəhrəmanov deyib.

O, layihənin investisiya xərcləri barədə məlumat verib: "Star" NEZ 6,3 milyard dollar, Depolama 600 milyon dollar, SOCAR Konteyner Terminalı 400 milyon dollar, Petkim özəlləşdirməsi 2 milyard 40 milyon dollar və əlavə olaraq hər il təxminən 100 milyon dollar olmaqla ümumilikdə 1 milyard dollar investisiya, TANAP 6,5 milyard dollar olub.

"Star" NEZ Türkiyənin İlk Strateji İnvestisiya Təşviq Sertifikatına sahibdir. Ümumilikdə 6,3 milyard dollar olan layihə investisiya dəyərinin 3,3 milyard dollar dolları layihə maliyyələşdirmə krediti hesabına təmin edilmişdi. NEZ-in istismar çevikliyi, səmərəliliyini və logistika qabiliyyətini daha da inkişaf etdirmək üçün həyata keçirilən əlavə investisiyalarla birlikdə ümumi investisiya məbləği 7 milyard dollar olacağı gözlənilir.

Hazırda "Star" NEZ-də təxminən 1150 nəfər işləyir".

Çox oxunan xəbərlər
Son xəbərlər

2022.01.24

2022.01.23

2022.01.22

2022.01.21

2022.01.20

2022.01.19

2022.01.18

2022.01.17

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.[email protected]
2009-2022 (c) Mediainfo.az