“ƏDV geri al”la bağlı mühüm dəyişiklik: Bu xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsi geri qaytarılacaq

“ƏDV geri al”la bağlı mühüm dəyişiklik: Bu xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsi geri qaytarılacaq

“ƏDV geri al” kampaniyası ilə bağlı qeyd etmək istərdik ki, “Vergi Məcəlləs”inin 165-ci, “Verginin sıfır (0) dərəcəsi ilə tutulması” maddəsinə bir sıra dəyişikliklər edilib. Artıq bu dəyişikliklər Milli Məclis tərəfindən təsdiq olunub. Belə ki, yeni dəyişikliklərə əsasən, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları alan zaman ödənilən ƏDV geri qaytarılmayacaq. Qeyd edək ki, əvvəllər yalnız bu istisna neft və qaz məhsullarına tətbiq olunurdu”.

Mediainfo.az xəbər verir ki, bu barədə konkret.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib. O qeyd edib ki, habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilən ƏDV-nin də bir hissəsi gələn ildən etibarən geri qaytarılacaq: “Digər dəyişiklik yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlıdır. Belə ki, yeni dəyişkiliyə əsasən, fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir”.

Millət vəkili əlavə edib ki, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra gələn aydan qüvvəyə minəcək.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az