Ərazilərin bərpasında iştirak üçün İran şirkətlərindən müraciətlər daxil olub

Ərazilərin bərpasında iştirak üçün İran şirkətlərindən müraciətlər daxil olub

İşğaldan azad olunmuş ərazilərin bərpasında tirak etmək üçün İran şirkətlərindən müraciətlər daxil olub. Hazırda İranın dövlət və özəl şirkətləri tərəfindən Qarabağ bölgəsində həyata keçirilməsi üçün layihələr təklif edilir. Bəzi layihələrin icrasına yaxın zamanlarda başlanılacaq.

Oxuməni.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə keçirilən görüşdən sonra təşkil olunan brifinqdə deyib.

Nazir bildirib ki, İran şirkətlərinin təcrübəsi, bu bölgəyə yaxın olması onlara üstünlük verir.

“Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının birgə istifadəsi məsələsinə toxunan C.Bayramov onların Araz çayı üzərində, sərhəddə yerləşməsinin hər iki ölkəyə xeyir verəcəyini diqqətə çatdırıb.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az