Türkiyə Azərbaycandan təbii qaz tədarükünü 2024-cü ilə qədər uzatdı

Türkiyə Azərbaycandan təbii qaz tədarükünü 2024-cü ilə qədər uzatdı

Türkiyə Azərbaycandan təbii qaz tədarükünü 2024-cü ilə qədər uzadıb.

Mediainfo.az xəbər verir ki, bununla bağlı qərar “Rəsmi Qəzet”də dərc olunub.

Məlumatda bildirilir ki, qaz tədarükünün uzadılması haqqında memorandum Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiq edilib.

Razılaşmaya əsasən , 2024-ci ilin sonuna qədər illik olaraq Azərbaycandan idxal edilən 1,7 milyard kubmetr təbii qaz “SOCAR Turkey Enerji A.Ş” ehtiyacları üçün təmin ediləcək.

Alınacaq qaz yalnız şirkətin öz ehtiyacları üçün istifadə olunacaq. Bunu həyata keçirmək üçün şirkətlə BOTAŞ arasında hər il müqavilə bağlanacaq və məbləğ müəyyən edilərkən BOTAŞ-ın al və ya ödə öhdəlikləri nəzərə alınacaq.

İki ölkə Azərbaycanda hasil ediləcək və ya Azərbaycan ərazisindən ötürüləcək qazın maksimum həcmdə Bakı-Tbilisi-Ərzurum və TANAP boru kəmərləri ilə nəqli üçün lazımi səy göstərəcək. Həmçinin Türkiyə daxili bazarında təbii qaz həcmlərinin ticarəti üçün bütün lazımi dəstəyi verəcək.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az