Dünyanın ən zəngin 10 insanı: Saniyədə 15 min dollar qazanırlar

Dünyanın ən zəngin 10 insanı: Saniyədə 15 min dollar qazanırlar

Dünyanın ən varlı 10 insanı pandemiyanın 2 illik dövründə (2020-ci ilin mart, 2021-ci ilin noyabr) sərvətlərini saniyədə 15 min dollar, gündə 1,3 milyard dollar artıraraq 700 milyard dollardan 1,5 trilyon dollara qədər yüksəldib.

Oxuməni.az xəbər verir ki, məlumat “Oxfam” beynəlxalq yardım təşkilatının dərc etdiyi hesabatda öz əksini tapıb.

“Oxfam”ın direktoru Qabriela Buçer bildirib ki, dünyanın ən varlı 10 adamı COVID-19 pandemiyası zamanı sərvətlərini ikiqat artırıb: “Bu 10 nəfər sərvətlərinin 99,99 faizini itirsələr belə, yenə də dünyanın 99 faizindən daha varlı olacaqlar. Onlar hazırda 3,1 milyarda çatan ən yoxsul insanın ümumi aktivlərindən altı dəfə zəngindir”.

Milyarderlərin sərvəti COVID-19-un başlanmasından bəri son 14 ildə daha çox artıb. Milyarderlərin sərvətindəki 5 trilyon dollarlıq artım, məlumatların saxlanmağa başlanmasından bəri ən böyük artım hesab olunur.

Dünyanın ən zəngin 10 adamını təqdim edirik:

“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask, “Amazon” şirkətinin qurucusu Ceff Bezos, məşhur geyim brendi “LVMH Moet Hennessy Louis Vuitton”un prezidenti və idarəedicisi Bernar Arnon, “Microsoft” şirkətinin sahibi Bill Geyts, "Google" veb axtarış sisteminin yaradıcılarından biri Larry Page, "Facebook"un baş icraçı direktoru Mark Zükerberq, "Google" veb axtarış sisteminin yaradıcılarından biri Sergey Brin, "Microsoft"un keçmiş rəhbəri Stiv Balmer, "Oracle"ın qurucusu və rəhbəri Larry Ellison və dünyanın ən zəngin sərmayəçilərindən biri kimi tanınan Warren Buffettdir.Teleqraf.com

Çox oxunan xəbərlər
Elan
Son xəbərlər

2022.05.27

2022.05.26

2022.05.25

2022.05.24

2022.05.23

2022.05.22

2022.05.21

2022.05.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az