Fransa Ukraynaya 200 milyon avro kredit və 1 milyard avro maliyyə zəmanəti verəcək

Fransa Ukraynaya  200 milyon avro kredit və 1 milyard avro maliyyə zəmanəti verəcək

Fransa Ukraynaya inkişaf proqramları üçün 200 milyon avro kredit və 1 milyard avro maliyyə zəmanəti verəcək.

Mediainfo.az xəbər verir ki, bu barədə Ukrayna hökuməti məlumat yayıb.

“Fransa İqtisadiyyat və Maliyyə Nazirliyi Ukrayna hökumətinə 200 milyon avro kredit, eləcə də 1 milyard avro maliyyə zəmanəti verəcək. Bu zəmanətlər çərçivəsində dövlətimiz Fransa banklarından güzəştli şərtlərlə kreditlər ala biləcək”, - açıqlamada deyilib.

Məlumata görə, əldə edilən vəsaitlər Fransa tərəfi ilə razılaşdırılmış konkret layihələrə xərclənə bilər.

Ukrayna Prezidenti Vladimir Zelenski bundan əvvəl Fransanın ölkəyə 1.2 milyard avro makromaliyyə yardımı göstərəcəyini, bunun iqtisadiyyatın sabitləşməsinə kömək edəcəyini açıqlamışdı.

Fransa Prezidenti Emmanuel Makron fevralın 7-də Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. O, Rusiyadan Ukraynaya uçub, Kiyevdə Vladimir Zelenski ilə danışıqlar aparıb.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az