Sanksiyalar Rusiyanı iqtisadi baxımdan artıq məhv etməkdədir...

Sanksiyalar Rusiyanı iqtisadi baxımdan artıq məhv etməkdədir...

“Rusiyanın defolt olması ilə bağlı yayılan açıqlamalar rəsmi Moskvanın bu gün 117 milyon dollarlıq denominasiyalı bondlar üzrə faiz ödəmə öhdəliyi ilə bağlıdır. Belə ki, Rusiyanın 630 milyard dollarlıq xarici valyuta ehtiyatları dondurulduğu üçün ölkə dollar ödənişlərini etməkdə çətinliklə üzləşib. Həmçinin, “Qazprom”, “Lukoyl” kimi şirkətlərin xaricdəki 150 milyard dollarlıq aktivlərindən istifadə də bloklanıb. Belə ki, Rusiyaya dollar və avro təchizatına qadağa olduğu üçün ölkə xarici valyuta problemləri ilə üz-üzədir. Rusiyanın kredit reytinqini kəskin aşağı salan beynəlxalq agentliklər də Moskvanın defoltun bir addımlığında olduğunu bəyan ediblər”.

Mediainfo.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Analitik qeyd edib ki, Rusiyada defolt elan olunacağı halda bu ölkənin 1998-ci ildən sonra ilk borc, 1917-ci il inqilabından sonra isə ilk xarici valyutalar üzrə borc defoltu olacaq: “Belə ki, 115 il öncə, inqilabdan sonra Rusiya hökuməti xarici valyutada olan borclarını tanımaqdan imtina edərək ödənişlər etməmişdi.

Rusiya defolt olarsa, ölkə iqtisadiyyatına investorların inamı ciddi şəkildə sarsıla bilər. Sanksiyalardan sonra Rusiya iqtisadiyyatı ciddi valyuta problemləri ilə üzləşməkdədir. Artıq hökumət valyuta qıtlığını etiraf edərək minimumlaşdırıcı addımlar atmağa çalışır. Ötən il 1.5 trilyon dollarlıq iqtisadiyyata malik olan Rusiya 117 milyon dollarlıq ödənişə görə defolt təhlükəsi ilə üzləşib. Sanksiyalar ölkənin xarici valyuta ödəniş və manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırıb”.

Vüqar Bayramov hesab edir ki, Rusiya defolt olmamağa çalışır: “Ödənişlərlə bağlı digər vasitə borcun rublla qaytarılması versiyası ola bilər. Amma bu müqavilə şərtlərindən və borcunu alacaq investorların mövqelərindən asılıdır. Bütün borcların rublla qaytarılması real və inandırıcı görünmür.

Reallıq budur ki, sanksiyalar Rusiya üçün mövcud iqtisadi qapıların əksəriyyətini bağlayıb. Hətta əgər bu gün Rusiya defoltdan yayınmağı bacarsa belə, sanksiyalar davam edərsə, növbəti ödənişlərdə oxşar problemlərin olacağı qaçılmazdır. Qərb isə sanksiyaların dairəsini genişləndirməkdədir. Deməli, bu sadəcə başlanğıcdır”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az