“Ola bilər ki, müəyyən məhsulların qiyməti artsın” – Vahid Əhmədov

“Ola bilər ki, müəyyən məhsulların qiyməti artsın” – Vahid Əhmədov

Nazirlər Kabinetinin "Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” qərarı qəbul edilib. Bu qərarın qəbul olunmasına səbəb kimi iqlim dəyişiklikləri və son dövrlər baş verən geosiyasi proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının qiymətlərində davamlı artım qeydə alındığı, habelə qonşu ölkələrin bazarlarında həmin malların logistika-təchizat zəncirində problemlər yarandığı göstərilib

Həmin qərarla gömrük orqanları tərəfindən gömrük ərazisindən müəyyən malların buraxılışı həmin malların İqtisadiyyat Nazirliyinin müsbət rəy məktubu ilə müşayiət olunması şərtilə həyata keçiriləcək.

Bu qərar Azərbaycanın ərzaq təhlükəsizliyi üçün təhdid yaradıb qiymət artımına səbəb ola bilərmi?

Mediainfo.az xəbər verir ki, Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov məsələ ilə bağlı Yenisabah.az-a danışıb. O, qərarın doğru zamanda verildiyini bildirib:

“Bu qərar çox lazımlı və yerində qərardır. Əsasən ət, toyuq, şəkər, yağ məhsulları, kartofla əlaqəlidir. Bu məhsullar Azərbaycanda istehsal olunur və kifayət qədər ehtiyacımız var. Müəyyən qədər ehtiyat da yaratmaq lazımdır. Bilmək olmaz Rusiya-Ukrayna müharibəsi nə vaxta qədər davam edəcək. Bizim Rusiya ilə çox ciddi əlaqələrimiz var. Rusiyadan 2 milyard dollara yaxın mal idxal edirik. 1 milyard dollarlıq mal isə ixrac olunur. Bu məsələləri nəzərə alaraq qərar verilib.

Hazırda ümumiyyətlə dünyada çox ciddi ərzaq qıtlığı problemi var. Azərbaycanda əhalisinin ərzaqa olan ehtiyacı təmin edilsin deyə bu qərar qəbul olundu və doğru qərardır”.

İqtisadçı bəzi məhsulların qiymətində artım ola biləcəyini söyləyib:

“Azərbaycan xaricdən kifayət qədər ərzaq idxal edir. İdxal edilən ərzağın qiyməti xaricdə bahadırsa, Azərbaycan həm qiymət artımı idxal edir, həm də inflyasiya. Bu səbəbdən ola bilər ki, müəyyən məhsulların qiyməti artsın.

Dövlət çalışmalıdır ki, subyektiv qiymət artımına imkan yaratmasın. İmkan yaransa, möhtəkirlər, sahibkarlar ondan istifadə edəcək. Həmin zaman qiymət artımı olur. Biz bunu bayram qabağı və əmək haqqı artımı olan zaman müşahidə edirik. Bu prosesin qarşısı alınmalıdır. Çalışmaq lazımdır ki, Azərbaycanda süni qiymət artımı olmasın”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az