Rusiyadan Azərbaycana qadağa

Rusiyadan Azərbaycana qadağa

Azərbaycandan göndərilən 432,5 ton həcmində təzə pomidor Rusiyaya buraxılmayıb.

Mediainfo.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") yayıb.

Bildirilir ki, pomidor Rusiya dövlət sərhədində yerləşən “Yaraq-Qazmalar” buraxılış məntəqəsindən göndərilib.

Qadağan olunmuş məhsullar arasında 25 partiyası nəzarətə götürülən məhsullar arasında Azərbaycandan 432,5 ton həcmində təzə pomidor, İrandan isə 129,8 ton həcmində Pekin kələmi, aysberq salatı və kahı olub.

Vurğulanıb ki, bu ilin mart ayında Rusiyaya idxal edilən 65 milyon 919,2 min ton təzə meyvə və tərəvəz məhsullarına nəzarət tədbirləri həyata keçirilib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.07.01

2022.06.30

2022.06.29

2022.06.28

2022.06.27

2022.06.26

2022.06.25

2022.06.24

2022.06.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az