Qadınların pensiya yaşı aşağı salına bilər - Ekspertlər

Qadınların pensiya yaşı aşağı salına bilər - Ekspertlər

Əmək pensiyaları haqqında qanuna edilən dəyişikliklər, təklif edilən yeni layihə mühüm məsələləri əhatə edir. Bu addımlar ondan xəbər verir ki, pensiya sahəsində islahatlar davam etdirilir. Xüsusən də pensiyalara əlçatanlığın artırılması, o cümlədən pensiya kapitalının daha ədalətli bölüşdürülməsi ilə bağlı islahatlar birmənalı xarakter alıb.

Mediainfo.az xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov deyib.

Millət vəkili komitə iclasındakı müzakirələrdə də bu islahatların davam etdirilməsinin prioritet olduğunu vurğulayıb:

“Xüsusən də əmək pensiyaları sahəsində islahatların genişləndirilməsi ilə bağlı yeni təkliflər təqdim edilib. Təklif ondan ibarətdir ki, pensiya yaşı kişilər və qadınlar üçün fərqləndirilsin. Qadınların daha tez pensiyaya çıxmasının təmin edilməsi daha məqsədəuyğun hesab edilir. Çünki qadınların nisbətən yaş fərqi artdıqca daha çox sosial müdafiəyə ehtiyacı yaranır”.

Komitə üzvünə görə, kişilərlə qadınların pensiya yaşı arasında fərqin olması daha məqsədə uyğundur:

“Qadınların daha tez pensiyaya çıxmaq hüququnun müəyyənləşməsi nəticə etibarı ilə onların sosial müdafiəsi baxımından məqsədə müvafiq olardı. Çünki qadınların sosial müdafəsi prioritet məsələlərdəndir. Bu kontekstdən də pensiya yaşı ilə bağlı differensial yanaşmanının tətbiqinin tərəfdarıyıq. Düşünürük ki, bu halda xüsusən də nisbətən yaşlı qadınların sosial təminatı daha da güclənmiş olar”.

Milli Məclisin deputatı Azər Badamov da Azərbaycanda qadınlarla kişilər üçün pensiya yaşının bərabərləşdirilərək 65 yaş müəyyənləşməsi məsələsinə toxunub.

Onun firkincə, belə bir eyniləşdirmə düzgün hesab edilmir:

“Qadınlar əvvəlki qanunvericilikdə olduğu kimi kişilərdən daha tez pensiya hüququna malik olmalıdır. Sözsüz ki, hər birimiz istəyərdik ki, daha tez pensiya hüququmuz yaransın. Amma müvafiq qurum pensiya yaşının 65 müəyyənləşməsini ölkəmizdə orta yaş hədidinin daha yuxarı, insanların uzunömürlü olması ilə əsaslandırılır”.

Millət vəkili dünya ölkələrinin əksəriyyətində də insanların pensiya hüququnun 65 yaşda yarandığını söyləyib:

“Ona görə də bu gün pensiya yaşının yenidən aşağı salınması ilə bağlı məsələ aktual deyil”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az