Prezident Ramazan Karaşahini təltif etdi - DOSYE

Prezident Ramazan Karaşahini təltif etdi - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev aprelin 25-də “Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə bir sıra şəxslər təltif ediliblər.

Təltif edilənlər sırasında Ramazan Karaşahin Əbubəkir oğlu da var.

Ramazan Karaşahin Əbubəkir oğlu kimdir?

Ramazan Karaşahin Ebubekir oğlu Türkiyənin Adana şəhərində anadan olub. O, 2008-ci ildən Azərbaycanda 24-dən çox Aqroparkın və 20-dən çox müasir Pivot suvarma sistemlərinin qurulmasında birbaşa iştirak edib.

Ramazan Karaşahin, həmçinin Azərbaycanda Qafqazın ən böyük toxum zavoduna da rəhbərlik edib. Ölkəmizdə ilk Pivot və damlama suvarma layihələrinin icra olunmasında, ilk hibrid toxumun gətirilməsi və istehsalının həyata keçirilməsində, ölkəmizin ilk yerli Orqanomineral və Biopestisid istehsalını həyata keçirən müəssisənin qurulmasında aktiv iştirak edib, kənd təsərrüfatında yeni texnologiya və müasir innovasiyaların ölkəmizə gətirilməsində önəmli rol alıb.

Ölkəmizdə gübrə, dərman, toxum, texnika və suvarma sistemlərinin layihələndirilməsi, satışı, quraşdırılması və servisini həyata keçirən “Aqromarket Servis” MMC-yə rəhbərlik edən Ramazan Karaşahin 1999-2000-ci illərdə Səlcuq Universitetinin Ziraat Fakültəsində təhsil alıb.yeniçağ.az

Çox oxunan xəbərlər
Elan
Son xəbərlər

2022.05.27

2022.05.26

2022.05.25

2022.05.24

2022.05.23

2022.05.22

2022.05.21

2022.05.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az