Abşeronda ev tikmək üçün rüşvətin qiyməti qalxdı

Abşeronda ev tikmək üçün rüşvətin qiyməti qalxdı

Abşeron rayonunda fərdi ev tikmək üçün rüşvətin qiyməti qalxıb.

Mediainfo.az TİA.Az-a istinadən xəbər verir ki, deyəsən, pandemiyanın yaratdığı bahalaşma rüşvətin də məbləğini artırıb. Amma bu hal hələlik Abşeron rayonunda müşahidə edilir.
Rayon sakinləri TİA.Az-a deyirlər ki, Abdin Fərzəliyevin rayona icra başçısı təyin olunmasından sonra daşı daş üstə qoymaq üçün tələb olunan rüşvət bahalaşıb.
Məlumata görə, sabiq icra başçısı İradə Gülməmmədovanın dövründə əgər birmərtəbəli ev üçün 1000-2000 manat istənilirdisə, indi bu məbləğ iki dəfə artaraq fantastik rəqəm olub – 5000 manat.
Eyni zamanda, ikimərtəbəli ev tikdirmək arzusunda olanlar keçmiş başçının dönəmində 2500-3000 manat rüşvət verəmli olurdusa, A.Fərzəliyev gəldikdən sonra qiymət 10 000 manata çatıb. Deyəsən, Nərimanov rayonundan Abşerona başçı göndərilən A.Fərzəliyev həm fərqində deyil ki, bu bölgədə imkanlı ailələr azdır, bu rüşvəti verməyə gücləri çatmayacaq, həm də məhz ev tikmək rüşvəti üstündə sabiq başçının komandasının həbsə getdiyini unudub.

O zaman yada sala bilərik ki, baş memar Akif Əliyev və Abşeron İH-də digər vəzifəli şəxslər vətəndaşlardan ev tikintisinə icazə üçün rüşvət istədiklərinə görə həbsdədirlər. Bu siyahıda İradə Gülməmmədovanın bacısı oğlu Babək Zalov da var idi, bir müddət sonra qohumunu azad etdirə bildi.
Ancaq görünən budur ki, “gözü çıxmış qardaşdan” dərs çıxarmayan A.Fərzəliyev və komandası bu qanunsuz işləri davam etdirmək azmış kimi rüşvətin qiymətini də qaldırıb.
TİA.Az bildirir ki, Abşeron rayonunda torpaqların əksəriyyəti kənd təsərrüfatı təyinatlıdır. Ona görə ev tikmək qanunla qadağandır. Amma iddialar var ki, Abşeronun icra başçısının nümayəndələri həmin torpağın üstündə tikinti aparmaq üçün rüşvət alırlar. Bu prosesdə Fərzəliyevin “sağ əli” onun müavini, həmçinin “qara kassası” sayılan Nurlan Həsənov iştirak edir.
Nərimanov İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbənin müdiri Nurlan Həsənov bu ilin fevralında Abşeron İH-də vəzifə ilə təmin olunub.
N.Həsənov Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsini daşıyır.
Məlumata Nurlan Həsənovun bu vəzifəsi formal xarakter daşıyır. Onun əsas işi Abşeron rayonunda qanunsuz tikinti işlərinə nəzarət etmək və “icazə” işlərini həll eləməkdən ibarətdir.

Çox oxunan xəbərlər
Elan
Son xəbərlər

2022.05.27

2022.05.26

2022.05.25

2022.05.24

2022.05.23

2022.05.22

2022.05.21

2022.05.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az