Bill Qeyts: "Artıq bu gün qarğıdalı və düyünün "sehrli toxumları" yetişdirilib..."

Bill Qeyts: "Artıq bu gün qarğıdalı və düyünün "sehrli toxumları" yetişdirilib..."

"Artıq bu gün qarğıdalı və düyünün "sehrli toxumları" yetişdirilib..."

"Qlobal istiləşmə və aclıqla mübarizədə bəşəriyyətə süni intellekt kömək edəcək..."

"Alternativ kənd təsərrüfatı bitkilərini yaratmaq üçün böyük investisiyalar və böyük zaman tələb edilir..."

Alimlərin əksəriyyəti əmindir ki, 2030-cu ildə Yer kürəsini isti iqlim, buzlaqların əriməsi və artan istixana qazları kimi çarəsiz dəyişikliklər gözləyir.

Bütün bunlar müasir kənd təsərrüfatını və, bütövlükdə, planetdə həyatı tamamilə dəyişəcək.

Amerikalı sahibkar, xeyriyyəçi, "Maykrosoft" şirkətinin yaradıcılarından biri Bill Qeyts bəşəriyyətə artıq indidən dəyişikliklərə hazırlaşmağa və kənd təsərrüfatı bitkilərinin alternativ növlərinə investisiyalar yatırmağa çağırış edib.

Mediainfo.az xəbər verir ki, bu barədə xeyriyyəçi "Goalkeepers" fondunun saytında dərc etdiyi sonuncu essesində bəyan edib.

Sahibkarın sözlərinə görə, alternativ kənd təsərrüfatı bitkiləri laboratoriya şəraitində yaradılacaq və gələcək iqlim dəyişikliklərinə qarşı yönələcək.

Qeyts ilk dəfə modifikasiya edilən kənd təsərrüfatı bitkilərinin işlənib hazırlanmasına 15 il öncə investisiya yatırıb. Artıq bu gün qarğıdalı və düyünün "sehrli toxumları" yetişdirilib.

Belə ki, modifikasiya edilən qarğıdalı isti iqlimi yaxşı keçirir, modifikasiya edilən düyü isə xeyli tez inkişaf edir- fermerlər yaxşılaşdırılan taxıl məhsulunu ənənəvi müddətdən üç həftə tez toplaya biləcək.

Bill Qeytsin fikrinə görə, məhz belə bitkilər bütün planetin gələcəyini və bəşəriyyətin artıq indidən üzləşdiyi və get-gedə pisləşəcəyi aclıq probleminin həllini müəyyən edəcək.

Lakin sahibkar hesab edir ki, bu istiqamətə katastrofik olaraq investisiyalar çatışmır.

Bir sıra digər bitkilərin "sehrli toxumlarını" yaratmaq üçün çox böyük maliyyələşdirmə lazımdır. Lakin bu, Bill Qeyts fondunun yeganə kəşfi deyil.

Sahibkar əmin edib ki, qlobal istiləşmə və aclıqla mübarizədə bəşəriyyətə həmçinin süni intellekt kömək edəcək.

O, alimlərə bu və ya digər bitkilərin yetişdirilməsi üçün ən çox uyğunlaşan əraziləri müəyyən etməyə, habelə fermerlərin bu və ya digər kənd təsərrüfatı sahələrində hansı ziyanvericilərlə üzləşə biləcəyini proqnozlaşdırmağa imkan verəcək.

Britaniyanın "Daily Mail" qəzetinın yazdığına görə, dünyanın alimlər birliyi Bill Qeytsin "sehrli toxumları"na və onların gələcək istifadə perspektivlətinə skeptik yanaşır.

Mütəxəssislərin fikrincə, bu yolu tutmaqla, bəşəriyyət bir sıra problemlərlə üzləşəcək.

Birincisi, belə bitkilərin yetişdirilməsi müxtəlif pestisidlər və qazıntı yanacağı tələb edəcək, onun da hasilatını 2030-cu ildə qısaltmağa səy göstərilir.

İkincisi, "sehrli toxumlar"ın işlənib hazırlanması böyük investisiyalar və, ən əsası, böyük zaman tələb edir.

Sadə dildə desək, alimlərin fikrincə, onların 2030-cu ilədək belə toxumları işləyib hazırlamağa zamanı çatmayacaq.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az