ABŞ-ın kommersiya neft ehtiyatları rekord həddə çatıb

ABŞ-ın kommersiya neft ehtiyatları rekord həddə çatıb

Neft məhsullarına tələbatın azalması səbəbindən ABŞ-ın kommersiya neft ehtiyatları rekord səviyyəyə - 541 milyon barelə çatıb.

Mediainfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin Energetika Məlumatları İdarəsinin məlumatında qeyd edilib.

“Son dövrdə neft məhsullarına tələbatın azalması ABŞ-dakı ticarət neft ehtiyatlarının, 19 iyunda bitən həftənin göstəricisinə əsasən, rekord həddə - 541 milyon barelə çatmasına səbəb olub”, - məlumatda belə deyilir.

Bu rəqəm 2017-ci il martın sonunda müəyyən edilən əvvəlki rekorddan 5 milyon barel çoxdur. O da bildirilir ki, ABŞ-da neft anbarların yalnız 62%-i dolub.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az