Azərbaycan qazı Aİ ilə Azərbaycan arasında ticarət dövriyyəsini artırmağa imkan verəcək

Azərbaycan qazı Aİ ilə Azərbaycan arasında ticarət dövriyyəsini artırmağa imkan verəcək

Trans-Adriatik boru kəməri (TAP) layihəsinin başa çatmasından sonra 2020-ci ilin sonunda Avropa bazalarıan tədarük başlayanda Azərbaycan qazı Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında ikitərəfli ticarəti artırmağa imkan verəcək.

Bunu Mediainfo.az-a Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

İkitərəfli ticarətin indiki vəziyyətindən danışan K.Yankauskas qeyd edib ki, Aİ ilə Azərbaycn arasında ticarət 2020-ci ilin yanvar-aprel aylarında 29 faiz azalıb və bu, əsasən dünya bazarlarına neftin qiymətlərinin azalması ilə bağlıdır:

"Koronavirus pandemiyası ilə əlaqədar səfərlərin məhdudlaşdırılmasına və neft bazarında qiymət müharibələrinə görə neftə və qaza qloba tələbat kəskin azaldı. Digər ticarət axınları prinsipcə sərhədlərin bağlanmasından asılı deyil. Məhsular sərbəst şəkildə daşına bilər, ona görə də digər iri çatışmazlıqlar gözlənilmir".

Onun sözlərinə görə, COVID-19 pandemiyası ilə əlaqədar bütün ölkələr mühüm problemlərlə üzləşir və bu tələbin azamasında özünü göstərir:

"Bu baxımdan ticarət axınarı tələbdən asılı olacaq. Koronavirusun mənfi təsir etdiyi daha bir sahə xidmətlər sahəsidir, məsələn, turizm".

K.Yankauskas ümidvar olduğunu bildirib ki, Azərbaycanda epidemioloji vəziyyətin yaxşılaşması ilə beynəlxalq reyslər ciddi təhlükəsizlik və gigiyena qaydalarına əməl etməklə bərpa olunacaq:

"Aİ ilə Azərbaycan arasında aviasiya sazişini yenidən nəzərdən keçirmək olar. Bu, Aİ ölkələrindən çoxlu sayda turistin cəlb olunması üçün faydalı ola bilər".

O əlavə edib ki, neft və qaz, eləcə də nəqliyyat və logistika kimi ənənəvi sahələrlə yanaşı, bərpa olunan enerji mənbələrinin inkişafına investisiyalar və enerji səmərəliliyinin artırılması, təhisl və peşəkar tədris, eləcə də səhiyyə və iqtisadiyyatın şaxələndirilməsi də əməkdaşlığın vacib hissələridir və bu post-pandemiya dövründə dünyada çox vacib amil olacaq:

"Mən, həmçinin hesab edirəm ki, insanlar arasında təmas vətəndaş cəmiyyəti sahəsində əməkdaşlıq bizə bir-birimizi daha yaxşı tanımağa və münasibətlərimizdə etimad və dayanıqlığı möhkəmləndirməyə kömək edəcək".

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az