FAO Azərbaycana yardım edəcək

FAO Azərbaycana yardım edəcək

Azərbaycan dünyada ən böyük beş fındıq istehsalçısından biridir. Son illərdə hökumət kiçik fermerlərə müxtəlif güzəştlər və subsidiyalar şəklində əhəmiyyətli dəstək verib. Bununla belə toplanılan fındığın həcmini artırmaq və keyfiyyətini yaxşılaşdırmaq imkanları hələ tükənməyib.

Mediainfo.az-ın BMT Xəbərlər Mərkəzinə istinadən verdiyi məlumata görə, Azərbaycanda fındıq istehsalı sektorunun inkişafını təmin etmək məqsədi ilə HAZER layihəsini həyata keçirən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında (FAO) belə düşünürlər. Bu layihə yerli fermerlərə kömək edəcək və ölkə iqtisadiyyatını şaxələndirəcək.

Layihə çərçivəsində istehsal olunan qoz-fındıqların keyfiyyətini artıracaq uyğunlaşdırılmış texnologiyalar və mexanizasiyadan istifadə edərək kiçik fermerlərə yeni əkinçilik bacarıqları öyrətmək üçün tədbirlər görüləcək. Bununla yanaşı, aflatoksinlə çirklənmə riskini azaltmağa xüsusi diqqət yetiriləcək (Aflatoksinlər - dünyanın bütün bölgələrində təbii olaraq aşkar olunan müəyyən növ kif göbələkləri tərəfindən istehsal olunan zəhərli maddələrdir – red.).

“Fındıq istehsalı sektorunda müxtəlif tərəfdaşlarla, o cümlədən kiçik və orta fermerlərlə işləməyin və fındıq sahəsində dayanıqlı inkişafa nail olunmaq məqsədilə onların layihə müddətində iştirakının təmin edilməsinin vacibliyini vurğulamaq istərdim”, - FAO-nun kənd təsərrüfatı mühəndisi Maylinq Flores Roxas deyib.

FAO-nun kənd təsərrüfatı məhsullarının istehsalı və qorunması, genetik qorunması, mexanizasiyası, uzaqdan zondlama vasitəsilə xəritələşdirilməsi, bioenerji, monitorinq və qiymətləndirmə sahəsindəki texniki bilikləri bu sahənin dayanıqlı inkişafının təmin edilməsində mühüm rol oynayır.

“Məqsəd fındıq istehsalının məhsuldarlığını və keyfiyyətini artırmaq, habelə fermerlərin gəlirlərini artırmaq, iş imkanlarını genişləndirmək, sosial ədaləti təmin etmək və ətraf mühiti qorumaqdır. Layihənin uğuru texniki, dövlət qurumları və özəl sektor arasındakı fəal əməkdaşlıqdan asılı olacaq”, - FAO-nun kənd təsərrüfatı üzrə baş mütəxəssisi Fenton Bid söyləyib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az