
Bu avtomobillərin gömrük rüsumu 0 faizə endirildi!
12 Noyabr 2022 11:44
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsi barədə ötən gündən məlumat yayılır.
Oxuməni.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatda S.Müslümovun Dövlət Sosial Müdafiə Fondundan "yoxa çıxan" 2 milyard manata görə aparılan istintaq çərçivəsində saxlanıldığı iddia edilib.
Maraqlıdır ki, bu xəbər rəsmi qurumlar tərəfindən indiyə qədər təsdiq və ya təkzib edilməyib. Xəbərə münasibət bildirməsi üçün hüquq-mühafizə orqanlarının mətbuat xidmətlərinə göndərilən sorğulara hələ müfəssəl cavab verilməyib. Bu isə qeyri-rəsmi informasiyanın yayılmasına şərait yaradır.
Hər hansı rəsmi məlumat olacağı halda xəbər yenilənəcək...
Oxuməni.az