Mübariz Mənsimova 63 milyon dollar cərimə kəsilib

Mübariz Mənsimova  63 milyon dollar cərimə kəsilib

2021-ci il yanvarın 26-da SOCAR və "Palmali" arasında mövcud mübahisə üzrə ikinci arbitraj qərarı açıqlanıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb. Qərar London Dəniz Arbitrləri Assosiasiyanın şərtləri altında SOCAR qrupunun lehinə verilib.

Məhkəmə işində təxminən 63 milyon ABŞ dolları məbləğində zərərin "Palmali" və Mübariz Mənsimov tərəfindən ödənilməsi barədə qərar çıxarılıb. Qeyd edilən məbləğə həmçinin zərər məbləği, faizlər və hüquqi xərclər də daxildir. Bu məhkəmə işində də "Palmali"nin çoxmilyonlu qarşılıqlı iddiası bütünlüklə rədd edilib.

Qeyd edilib ki, daha əvvəl də qeyd olunduğu kimi, SOCAR və "Palmali" arasında əvvəllər kommersiya münasibətləri mövcud olsa da, "Palmali"nin iddia etməsinə baxmayaraq, bu şirkətlər heç vaxt birgə müəssisə yaratmayıblar. 2018-ci ildə "Palmali"nin öz öhdəliklərini pozması nəticəsində SOCAR qrupuna daxil olan şirkətlər qarşı tərəfə və Mübariz Mənsimova qarşı üç arbitraj iddiası qaldırıb. Bundan əvvəl keçirilmiş birinci məhkəmə prosesində London Beynəlxalq Arbitraj Məhkəməsi "SOCAR Overseas" şirkətinə 49,5 milyon ABŞ dolları məbləğində vəsaitin ödənilməsi barədə qərar verib. Beləliklə, üç məhkəmə işindən ikisi artıq SOCAR-a ümumilikdə təxminən 112,5 milyon ABŞ dolları məbləğində cərimənin ödənilməsi barədə qərarlarla nəticələnib. Şirkətlər arasında üçüncü mübahisə də arbitraj prosesinin predmetidir. Artıq həmin proses də başa çatıb, arbitraj qərarı gözlənilir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az