“İnanılmaz” ekranlı smartfon yaradılıb

“İnanılmaz” ekranlı smartfon yaradılıb

"Xiaomi" şirkətinin təqdim etdiyi yeni konsept smartfonunun ekranı gövdənin qıraqlarını da əhatə edir.

Oxuməni.az xəbər verir ki, şirkətin rəsmi bloqunda yerləşdirilən məlumata görə dörd tərəfdən 88 dərəcə altında əyilən "şəlalə" displeydə görüntülərin ekrandan kənara su kimi axması təəssüratını yaratmağa imkan verir. Sanki smartfonun çərçivəsi də ekranla örtülüb və onlar bir bütöv təşkil edir. Ekranın hazırlandığı şüşənin isə ən müasir şüşə istehsalı texnologiyalarından belə kənara çıxdığı qeyd olunur. Həmçinin hər hansı düymə və doldurma portları da olmayan yeni smartfon yalnız simsiz texnologiya vasitəsilə cərəyanla təmin edilir. Yeni smartfonun istehsal tarixi və qiyməti göstərilmir.

Oxuməni.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az