Azərbaycanda pikap tipli avtomobillərin istehsalına başlanacaq

Azərbaycanda pikap tipli avtomobillərin istehsalına başlanacaq

Bu ilin aprel ayından etibarən "Azərmaş" ASC "Khazar" brendi altında ilk pikap tipli avtomobilin istehsalına başlayacaq.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bunu "APA-Economics"ə ASC-nin İdarə Heyətinin sədri Emin Axundov APA Ekoomics-a verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, bu tipli avtomobillərin iki modelinin yığılması nəzərdə tutulur ki, hazırda modellərdən biri artıq təsdiqlənib.

Qeyd edək ki, müəssisənin istehsal prosesinə dair ötən il bir çox planlar olsa da, pandemiya səbəbindən onlar cari ilə təxirə salındı. Belə ki, bu il müəssisə "Khazar" brendi altında premium sinfinə aid modellərin istehsal həcminin artırmaq niyyətindədir.

Xatırladaq ki, müəssisə üzrə ötən il avtomobil istehsalının həcmi 2019-cu il ilə nisbətdə təxminən 10%-dək azalaraq 1 800 ədəddən bir qədər çox təşkil edib. 2019-cu ildə bu rəqəmin 2 000-ə yaxın olduğu bildirilirdi.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az