Limonun daha bir neçə faydası ortaya çıxdı

Limonun daha bir neçə faydası ortaya çıxdı

Yeməklər tərkibindəki vitamin və minerallar sayəsində sağlamlığımıza fayda verir. Meyvələr arasında xüsusi seçilən və qida rasionunda ayrıca yer tutan limonun faydaları saymaqla bitmir. Limon C, B vitaminləri, fosfor, protein, karbohidratlar kimi bir çox zəngin maddələrə sahib qidadır. Bəs onun sağlamlığımıza təsiri nələrdir?

Mediainfo.az xəbər verir ki, ilıq limonlu su içmək boğaz ağrısı və faringitdən xilas olmağa kömək edir.

Limon suyu yüksək şəkərli şirələr və içkilər üçün yaxşı alternativdir. Xüsusilə diabet xəstələri və arıqlamaq istəyən insanlar üçün limonlu su ən ideal içkidir.

Limon suyu böyrək daşlarını sağaldır və onun əmələ gəlməsinin qarşısını alır. Limon suyu içmək bədənin təkrar su almasına kömək edir. Bu, böyrək daşı riskini azaldır.

Limon suyu qaraciyərdə həzm fermentlərinin aktivləşməsinə, qanda oksigenin fəaliyyətini tənzimləməsinə yardım göstərir.

Limon suyu həzm üçün lazım olan xlor turşusunun istehsalını dəstəkləyir. Həzm problemlərindən şikayət edən insanların mütəmadi olaraq limon suyu istehlak etmələri tövsiyə olunur. Qadınlar menstrual ağrılarından qurtulmaq üçün limon suyu içə bilərlər.

Limon suyu qəbzliyin müalicəsində də faydalıdır. Buna görə hər səhər ilıq limon suyu içərək günün qalan hissəsi üçün qəbzlikdən qurtula bilərsiniz.

Limon suyu, C vitamini və bitki mənşəli qida mənbəyidir, immunitet sistemini gücləndirir. Tərkibindəki vacib vitamin və minerallar sayəsində bədəndəki enerji səviyyəsini artırır.

Limon suyu içmək xərçəngin qarşısını alır. Tədqiqatlar göstərir ki, limon şiş əleyhinə xüsusiyyətləri ilə xərçəng riskini azaltmağa kömək edir.

Limon suyunu yeməkdənl və yatmazdan əvvəl içmək revmatizmdən qurtulmağa yardımedir.

Ağzını ilıq limon suyu ilə yaxalama ağrılı xora və ağız yaralarını sağaldır.

Limon suyu içmək şişmiş diş əti ilə əlaqəli ağrıları aradan qaldırır.

Limon suyunun digər vacib bir faydası stress, depressiya və narahatlıqdan azad olmağa yardım etməsi, beləliklə, qan təzyiqini aşağı salmasıdır.

Limon suyu qandakı toksinləri azaltmaqla bütün bədənin təmizlənməsinə səbəb olur. Limonun tərkibindəki qida maddələri sidik artımını sürətləndirən və lazımsız maddələrin, toksinlərin çıxarılmasına kömək edən təbii detoks rolunu oynayır.

Hər gün limon suyu içmək dərini canlandırmağa kömək edir. Limon antioksidantlarla yüklənir və erkən qocalmanın qarşısını alır.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2020.08.03

2020.08.02

2020.08.01

2020.07.31

2020.07.30

2020.07.29

Müsahibə
Arxiv






free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2020 (c) Mediainfo.az. Created by NetService.az