Sərvəti 200 milyardı keçən ilk milyarder oldu

Sərvəti 200 milyardı keçən ilk milyarder oldu

Dünyanın ən varlı adamı, “Amazon” şirkətinin rəhbəri Ceff Bezos sərvəti 200 milyard dolları ötmüş ilk milyarder olub.

Mediainfo.az xəbər verir ki, bu barədə milyarderlərin sərvətlərini real vaxt rejimində izləyən “Forbes Real-Time” reytinqində məlumat verilib.

Eyni zamanda, milyarderin bu səviyyədə uzun müddət qalmadığı, bir gün sonra sərvətinin 199,7 milyard dollara endiyi bildirilib. Buna baxmayaraq, hətta bu qiymətləndirmə Bezos üçün yeni bir rekorddur, belə ki, iyul ayının əvvəlindən etibarən bu rəqəm davamlı artır.

Bu vəziyyət “Amazon”un səhmlərinin dəyərinin davamlı artması ilə izah olunur. Belə ki, ötən günün sonuna qədər şirkətin səhmlərinin dəyəri 1,18% artaraq bir səhm üçün 3346,49 dollara çatıb. Şirkətin kapitallaşması isə 1,68 trilyon dollara yüksəlib.

Qeyd edək ki, Ceff Bezos “Amazon”un səhmlərinin 11,1%-nə sahibdir və 2017-ci ildən bəri “Forbes”in ən varlı adamları siyahısında birinci yerdə qərarlaşıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az