Amerikalı qadın evini keçmiş əri ilə birlikdə satışa çıxarıb...

Amerikalı qadın evini keçmiş əri ilə birlikdə satışa çıxarıb...

ABŞ sakini olan qadın öz evini sabiq əri ilə birlikdə satışa çıxarıb.

Mediainfo.azxəbər verir ki, bu barədə "New York Post" nəşri yazıb.

Onun sözlərinə görə, kişi yeni sahibləri üçün yemək hazırlayacaq və evi yığışdıracaq.

Kristal Boll və Ricard Şayyu 2015- ci ildə evlənib, lakin 7 ildən sonra boşanıblar. Boşanmadan sonra qadın Floridadakı birlikdə yaşadıqları evini satmaq qərarına gəlib, sövdələşməyə sabiq ərini də daxil edib.

Qadın əlavə edib ki, 699 min dollara təklif etdiyi evdə 3 yataq otağı, iki vanna otağı, hovuz və hidromasaj duş var. Əgər alıcı daşınmaz əmlakı Ricardla birgə almaq istəsə, kişi sakinlər üçün yemək bişirəcək və evi yığışdıracaq.

"Bu kişi şəxsi aşpaz və ofisiantdır, yeni plitədə ideal yeməklər bişirir" , - Kristall zarafatla deyib.

Boll həmçinin məlumat verib ki, boşanmalarına rəğmən, onların yaxşı münasibətləri var və birlikdə oğul övladını böyüdürlər.

"Ümid edirəm ki, kimsə bu yumoru dəyərləndirəcək və mənim həm evimi, həm də Ricardı alacaq", - amerikalı qadın belə deyib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az