Məhəbbətin qüdrəti: Həbsxana direktorunun qadın müavini məhbusa qoşularaq qaçdı...

Məhəbbətin qüdrəti: Həbsxana direktorunun qadın müavini məhbusa qoşularaq qaçdı...

"Mən Vikiyə öz həyatımı qurban verərdim..."

ABŞ-da həbsxana direktorunun müavini qətldə ittiham edilən məhbusla birgə qaçıb.

Mediainfo.az xəbər verir ki, bu barədə "True Crime Daily" nəşri məlumat yayıb.

Hadisə aprelin 29- da ABŞ- ın Alabama ştatında baş verib. İstintaqın verdiyi məlumata görə, həbsxananın qadın əməkdaşı Viki Uayt onunla eyni soyadda olan məhbus Keysi Koul Uaytı məhkəməyə çatdırmalı idi. Cinayətkarı apardığı avtomobil islah müəssisəsini səhər saat onun yarısında tərk edib. O vaxtdan onların yeri məlum deyil.

Həbsxananın məhbusları müstəntiqlərə danışıb ki, Viki Uayt, güman ki, Keysi Koula vurulub, çünki onların arasında "xüsusi münasibətlər" yaranıb.

Dairə prokuroru Kris Konnoli bəyan edib ki, baş verənlərlə bağlı "şok keçirib və məyus olub".

"Mən Vikiyə öz həyatımı etibar edərdim, tam ciddi deyirəm. O, bizim etibarlı köməkçimiz və əla əməkdaşımız olub", - o, belə deyib.

Hal- hazırda qaçanları ştatın polisi axtarır.

Hələlik nəzarətçinin şəxsi ratsiyasını, maşında olan departament şerifinin ratsiyasını və məhbusda olan qandalları aşkar etmək mümkün olub.

Viki Uaytın mobil telefonu söndürülüb və onu izləmək mümkün deyil. Onların gizləndiyi maşın da tanınmayıb.

Bundan əvvəl xəbər verilib ki, kolumbiyalı narkobaron Xuan Kastro həbsxanadan qaçıb. Kolumbiya hakimiyyəti Kastronu müəssisənin əməkdaşlarını satın almaqda şübhəli bilib.

Çox oxunan xəbərlər
Elan
Son xəbərlər

2022.05.27

2022.05.26

2022.05.25

2022.05.24

2022.05.23

2022.05.22

2022.05.21

2022.05.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az