“Super Yer” kəşf olundu: həyat əlamətləri var - 36.5 işıq ili uzaqda yerləşir

“Super Yer” kəşf olundu: həyat əlamətləri var - 36.5 işıq ili uzaqda yerləşir

Yaponiya Milli Astronomiya Rəsədxanasının astronomları bir ulduzun həyat üçün əlverişli zonasında yerləşən yeni “Super Yer” kəşf ediblər.

Mediainfo.az xəbər verir ki, kiçik ulduzun yavaş hərəkəti yaşayış üçün əlverişli orbitdə fırlanan “Super Yer” ekzoplanetinin mövcudluğunu ortaya çıxarıb.

Astronomlar 36.5 işıq ili uzaqlıqdakı “Ross 508” adlı “qırmızı cırtdan”ın ətrafında fırlanan Yerin kütləsindən cəmi 4 dəfə böyük planetin mövcudluğunu təsdiqləyiblər. Bu naməlum göy cisminin səthinin Yer kürəsinə bənzədiyi bildirilib.

Yer həyatın ola biləcəyi ekzoplanetləri aşkar etmək üçün əlimizdə olan yeganə şablondur.

Bu səbəbdən öz ulduzundan bəlli məsafədə orbitdə fırlanan, temperaturunun səthindəki maye sular üçün əlverişli olduğu yerlər “həyatın ola biləcəyi yerlər” kimi xarakterizə edilir. Amma bu o demək deyil ki, bu planetlər mütləq həyat üçün uyğundur.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.07.01

2022.06.30

2022.06.29

2022.06.28

2022.06.27

2022.06.26

2022.06.25

2022.06.24

2022.06.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az