Dünyanın qaranlıq tərəfinə işıq salacaq kəşf - İki milyard illik sirr bizi hara aparır?

Dünyanın qaranlıq tərəfinə işıq salacaq kəşf - İki milyard illik sirr bizi hara aparır?

2016-cı ildə tədqiqatçılar Kanadada bir şaxtanın dərinliyində dünyanın ən qədim su hovuzunu kəşf ediblər. Təxminən 3 kilometr dərinlikdə yerləşən suyun 2 milyard illik tarixi var.

Mediainfo.az xəbər verir ki, bu kəşf məlum olan ən qədim suyun tarixini ən azı 500 milyon il geri itələyir.

Əvvəlki rekord 2013-cü ildə həmin tədqiqat qrupu tərəfindən eyni mədəndə təxminən 2.5 kilometr dərinlikdə aşkar edilmiş su quyusu idi. Bundan əlavə, mis, sink və gümüşlə zəngin olan mədən dünyanın ən dərin bazal metal mədənidir.

Mədənçilər daha dərin qazdıqca, tədqiqatçılar mədəndə daha çox araşdırma aparmaq imkanı əldə ediblər. Elm adamları içəridə sıxılmış qazları araşdıraraq tapılan suyu analizdən keçiriblər. Qaya çatlarına dolmuş mayenin tərkibində helium və ksenon kimi qazların aşkarlanması suyun nə qədər qədim olduğunu göstərən əsas elementlər sayılır.

Yeni kəşf haqda məlumat verən professor Barbara Şervud Lollar BBC News-a müsahibəsində deyib:

“İnsanlar bu su haqda düşünəndə elə bilirlər ki, qayanın içində az həcmdə su var. Amma bu su bəzən dəqiqədə litr axını ilə daha böyük su mənbəyi yaradır”.

Həmçinin tədqiqatçılar mayeni analiz edərkən, orada həyat izləri də tapıblar. Hələlik canlı bakteriyalar tapılmasa da, yeni kəşf “həyatın barmaq izi” kimi təsvir olunur. Elm adamları belə qənaətə gəliblər ki, suda uzun müddət yaşayan mikroorqanizm növləri var.

Bir canlının çox qədim dərin sularda yaşamasının və inkişaf etməsinin bəzi mühüm nəticələri ola bilər. Bu yolla milyardlarla il əvvəl Yerdəki həyat haqqında nəinki öyrənə, həm də planetimizdən kənar həyatın axtarışına kömək edə biləcək izlər tapa bilərik. Marsın səthində artıq çaylar olmasa da, səthinin altında hələ də su və buzların olduğu düşünülür. Ola bilsin ki. bunlar hələ də mikroorqanizmlərin yaşaması üçün əlverişli şərait yaradır.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.10.05

2022.10.04

2022.10.03

2022.10.02

2022.10.01

2022.09.30

2022.09.29

2022.09.28

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az