“Ölmüş ulduz”un son nəfəsi - Kosmosa yayılan sirli səsin mənbəyi tapıldı

“Ölmüş ulduz”un son nəfəsi - Kosmosa yayılan sirli səsin mənbəyi tapıldı

Astronomların kosmosda apardıqları araşdırma təkcə NASA-nın “James Webb” kosmik teleskopu kimi vizual qavrayışımıza xitab etmir. Radio siqnalları və müxtəlif məlumatlar da tədqiqatçıların diqqət yetirdiyi mövzular sırasındadır.

Oxuməni.az xəbər verir ki, bu araşdırmalar arasında kosmosun dərinliklərindən gələn bir radiosiqnal diqqət çəkib.

Radiosiqnal ürəyin nizamlı döyünməsi kimi bəlli bir ritmlə müşayiət olunur. Elm adamları bu siqnalın mənbəyi haqda müxtəlif fərziyyələr irəli sürürlər.

Astronomların fikrincə, müntəzəm olaraq gələn bu siqnalların mənbəyi çoxdan ölmüş ulduzun qalıqlarıdır. Pulsar və ya maqnitar adlanan bu obyektlərin ümumi adı neytron ulduzlarıdır. Çox yüksək sürət və sıxlıq dəyəri olan bu obyektlərin qara dəliyə çevrilmək ehtimalları da var. Bunlar da zaman-zaman kosmosa radiosiqnallar ötürürlər. Bu siqnallara sürətli radio partlayışları deyilir.

Bu fenomen uzun müddətdir məlum olsa da, yeni radio dalğalarının bu qədər diqqəti cəlb etməsi onun müddəti və ritmi ilə bağlıdır. Hər 0.2 saniyədən bir təkrarlanan siqnal kosmosda təxminən üç saniyə ərzində əks-səda verir. Bu müddət adi sürətli radio dalğalarından təxminən 1000 dəfə uzundur.

2007-ci ildə ilk sürətli radio partlayışı aşkar edildikdən sonra bu sahədə işlər də intensivləşib. Elm adamları indi bu sürətli radio dalğasının mənbəyini araşdırmaq üçün məlum obyektlər üzərində daha diqqətlə tədqiqat aparırlar.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.08.16

2022.08.15

2022.08.14

2022.08.13

2022.08.12

2022.08.11

2022.08.10

2022.08.09

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az