Əl və ayağın soyuması nəyin əlamətidir? - Professor

Əl və ayağın soyuması nəyin əlamətidir? - Professor

Bir çoxlarınız yayda da əl-ayağın üşüməsindən şikayət edir. Soyuq əl və ayaqlar zəifləmiş immunitetin əsas əlamətlərindən biri ola bilər.

Mediainfo.az Medicina.az-a istinadən xəbər verir ki, bunu rusiyalı tibb elmləri namizədi, professor Svetlana Trofimova deyib.

“Qan dövranının belə pisləşməsi müxtəlif yoluxucu xəstəliklərin başlanğıcında baş verir. Çünki qan həcminin yenidən bölünməsi baş verir, o, həyati vacib orqanları daha çox qidalandırmağa başlayır”, - deyə həkim izah edib.

Həkimin sözlərinə görə, zəif immunitetin digər əlaməti konyunktivit, gözlərin qızarması və ya quruması, apatiya və daimi yorğunluq sayıla bilər.

Həkimlər virus və ya bakterial xəstəliyin öskürək, asqırma kimi başqa əlamətləri yaranarkən immunoqram analizi etdirməyi məsləhət görüb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az