Gün ərzində bir çay qaşığı duz qəbul edilməsi normaldır

Gün ərzində bir çay qaşığı duz qəbul edilməsi normaldır

Xörəklərə dad verən duzun müxtəlif növləri var. Lakin mütəxəssislərin fikrincə, duz xörəklərə nə qədər dad versə də, ondan qədərində istifadə edilməsi vacibdir. İstifadə edilən duzun orqanik, yəni rafinə edilməmiş olması daha yaxşıdır, çünki həmin duzun tərkibində insan orqanizmi üçün faydalı olan 84 mineral var.

Duzun tərkibində orqanizm üçün vacib minerallar olsa da, ondan həddindən artıq istifadə edilməsi zərərli təsir göstərə, hətta piylənmə, yüksək qan təzyiqi, insult və digər xəstəliklərə aparıb çıxara bilər.

Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva Mediainfo.az-a deyib: “Duz orqanizmdə ən vacib minerallardan biridir. Onun tərkibi 40 faiz natrium və 60 faiz xlordan ibarətdir. Duzsuz yaşamaq olmaz, lakin onun çoxluğu orqanizmdə fəsadlar yarada bilər. Natrium-xlor orqanizmin su elektrik balansının formalaşmasında əsas rol oynayan maddələrdən biridir. Gün ərzində 1 çay qaşığı duz qəbul edilməsi normal sayılır”.

Duzu normadan artıq qəbul etdikdə yarana biləcək problemlərin aradan qaldırılması üçün bitki tərkibli çay və tərəvəzlərdən istifadə etmək məsləhət görülür.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2020.07.03

2020.07.02

2020.07.01

Müsahibə
Arxiv






free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2020 (c) Mediainfo.az. Created by NetService.az