Dərini qocaldan səbəblər hansılardır?

Dərini qocaldan səbəblər hansılardır?

Bir sıra xarici amillər və düzgün qulluq göstərilməməsi dərinin vaxtından əvvəl qocalmasına səbəb olur. Həmin prosesi tamamilə dayandırmaq mümkün olmasa da, ləngitmək olar.

Mediainfo.az xəbər verir ki, Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucovanın dediyinə görə, mütəmadi spirt qəbulu, günəşin zərərli şüaları dərini qocaldır və bunun qarşısını almaq üçün bəzi vərdişlərdən uzaq durmaq lazımdır: “Makiyajı silmədən yatmaq dəriyə vurulan ən böyük zərbələrdən biridir. Gün ərzində dəri məsamələrində makiyaj və çirk qalıqları yığılaraq incə xətlər yaradır. Ona görə də hər gecə üzü dəri tipinə uyğun vasitələrlə təmizləmək və sonra nəmləndirici krem tətbiq etmək lazımdır.

Dəridə qırışların erkən yaranmaması üçün qidalanma da mühüm şərtdir. Çox şəkərli və duzlu qidaların qəbulu kilo almaqla yanaşı, dərinin erkən yaşlanmasına da səbəb olur. Günəşin zərərli şüalarının dəridə pozulmalar əmələ gətirməməsi və kollagenlərin zərər görməməsi üçün bayıra çıxanda günəş kremindən istifadə etmək məsləhətdir”.

Onun dediyinə görə, yastıqda üzü üstə yatmaq dəridə qırışlar əmələ gətirir. Ona görə də kürəyi üstə və yan tərəfi üstə yatmaq daha düzgündür. Əsəb və stress də dərinin vaxtından əvvəl qocalmasına səbəb olan amillərdəndir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az