Baldırğan kökünün dəmləməsi öd kisəsi daşlarını parçalayır

Baldırğan kökünün dəmləməsi öd kisəsi daşlarını parçalayır

Sürətlə böyüməsinə və hündür olduğuna görə İsveç bioloqu Karl Linney baldırğanı qədim yunan mifologiyasının qəhrəmanı olan Heraklın şərəfinə “heraclum sphondylium” adlandırıb. Bitkinin quru zoğlarından fleytanın bir növü olan kalyuki və reynstik kimi musiqi alətləri düzəldilməsində istifadə edilir. Yüksək qida dəyərinə görə baldırğanın zəhərsiz növləri bir çox ölkələrdə quru yem hazırlanmasında, kulinariyada isə bitkinin cavan yarpaq və zoğlarından salat və borşların hazırlanmasında istifadə olunur.

Mediainfo.az tibbi mənbələrə istinadla xəbər verir ki, baldırğanın tərkibində etil efiri yağı və yağ turşuları var. Əsas komponentini isə sirkə turşusunun oktil efiri təşkil edir və bu keyfiyyətinə görə tibdə tətbiq olunur.

Aparılan tədqiqatlar nəticəsində baldırğan kökünün dəmləməsinin öd kisəsi daşlarını parçaladığı müəyyən edilib. Köklərindən alınan qalen preparatlar və alkaloidlər göbələk əleyhinə təsirə malikdir. Meyvələrindən alınan kumarinlər şiş əleyhinə təsir göstərir. Həmçinin bəlğəmli öskürək, isteriya və epilepsiya tutmaları, sinir, dəri və mədə-bağırsaq xəstəliklərində, əsasən də diareyalarda çox faydalıdır.

Bununla yanaşı, bitkinin fototoksik təsiri də var. Baldırğanın yarpaqları efir yağları ilə zəngindir. Bitkinin bəzi növlərinin şirəsinin tərkibində dərinin ultrabənövşəyi şüalara qarşı müdafiə qabiliyyətini azaldan, həssaslığını isə kəskin artıran aktiv furanokumarin maddəsi var. Baldırğan şirəsinə toxunduqda və ya bitkini qırmaq istədikdə dəridə qıcıqlanma, bəzən isə yanıq - fotodermatit yarana bilər.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2020.07.07

İraqda terror İraqda terror 7 İyul 17:00

2020.07.06

Hindistanda partlayış Hindistanda partlayış 6 İyul 10:07

2020.07.05

2020.07.04

2020.07.03

Müsahibə
Arxiv






free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2020 (c) Mediainfo.az. Created by NetService.az