Çeçələ barmağın sirri

Çeçələ barmağın sirri

İnsanın ayaq və əllərində bütün bədəndən keçən sinir ucları bitir və xüsusi nöqtələr var. Barmaqları sıxdıqda və ya masaj etdikdə, daxili orqanlara impulslar ötürülür. Əldə olan ən kiçik çeçələ barmaq qaraciyərin vəziyyətini göstərir.

Mediainfo.az Medicina.az-a istinadən xəbər verir ki, qaraciyəri çeçələ barmaqla yoxlamaq üçün bu metodu etmək lazımdır. Əlin barmaqlarını gərginləşdirib, aralı saxlayırsız. Bir qədər saxlayandan sonra şəhadət barmağı içəri qatlayın. Bu zaman çeçələ barmaq düz qalarsa, yəni qatlanmazsa, deməli, qaraciyərdə problem yoxdur. Yox əgər şəhadət barmağı qatlayanda, çeçələ barmaq da qeyri-ixtiyari qatlanıb əyilirsə, deməli qaraciyərdə problem var. O zaman çeçələ barmağı gündə 3-5 dəqiqə masaj etməlisiz.

Bunun üçün hər iki əldə çeçələ barmağı dırnaqdan başlayaraq bitişdiyi yerə kimi yüngülcə basaraq, masaj edirsiz.

Komputer və telefonda işləməkdən bilək, əl ağrıyırsa, o zaman da çeçələ barmaq masaj olunmalıdır.

Əgər xəstənin dizlərində ağrı, xırçıltı varsa, hərəkət edəndə narahatlıq verirsə, barmaqlara bitki toxumu və ya yaxması kompresi etmək lazımdır. Diz ağrısında baş barmağa pomidor və ya qırmızı bibər əzməsi qoyulub bağlanır.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az