Zeytun yarpağı çayının inanllmaz faydası

Zeytun yarpağı çayının inanllmaz faydası

Zeytunun meyvəsinin və o meyvədən əldə edilən yağın nə qədər faydalı olduğunu bilməyən yoxdur. Artıq dünyada bu şəfa ağacının yarpaqlarından da istifadə edilməyə başlanıb. Bəs, zeytun yarpağının sağlamlığa hansı faydaları var?

Zeytun yarpağı ilə bağlı bilməli olduğunuz bütün məlumatları təqdim edirik:

Zeytun yarpaqlarının tərkibindəki antioksidantlar və C vitamini portağaldakından 5 dəfə çoxdur. Zeytun yarpağı orqanizmi yediyimiz qidaların tərkibindəki kimyəvi maddələrin təsirindən, siqaret və spirtli içkilər üzündən bədəndə toplanan toksinlərdən qoruyur.

Damarların genişlənməsinin qarşısını alır. Təzyiqi sabitləşdirir. Ürək xəstəliklərini müalicə edir. Sidikqovucudur. Qəbizliyin qarşısını alır. Yorğunluğu aradan qaldırır. Dərini qidalandıraraq daha gənc görünməsini təmin edir. Diş ağrısını kəsir. Uşaqlarda sümük inkişafını dəstəkləyir. Kökəlməyə qoymur. Zeytun yarpağı çayı bir çox dərdin dərmanı hesab edilir. Bu çay pis xolesterini azaldır, qanda şəkərin səviyyəsini aşağı salır, soyuqdəyməyə qarşı faydalıdır, immunitet sistemini gücləndirir, antibakterial xüsusiyyətə malikdir. Zeytun yarpağından hazırlanan çay dəri gözəlliyi üçün də əvəzedilməzdir. Çayı içdikdə də, sadəcə dərini təmizlədikdə də sızanaqlar azalır, qızartı aradan qalxır, məsamələr daralır, dəri xəstəliklərinin qarşısı alınır.

Zeytun yarpağı çayını dəmləmək çox asandır.

1 litr xlorsuz suyun içərisinə 8- 10 ədəd zeytun yarpağı töküb 2-3 dəqiqə qaynadın. 10 -15 dəqiqə dəmlənməsini gözləyin. Çaya bal və limon qataraq daını və ətrini gözəlləşdirin.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az