Quru meyvələri seçməyin əsas qaydaları

Quru meyvələri seçməyin əsas qaydaları

Orqanizmimizin vitaminə daha çox ehtiyac duyduğu bu karantin günlərində quru meyvələri bol qəbul etməliyik. Bəs quru meyvə seçərkən, nələrə fikir verməliyik? Aldığımız məhsulun faydalı və keyfiyyətli olub-olmadığını necə təyin etməliyik?

Bütün bu sualların cavabını təqdim edirik.

Çox vaxt mağazalarda süni parıltılı quru meyvələrə rast gəlirik. Unutmaq lazım deyil ki, hər bərq verən qızıl deyil və təbii yolla qurudulan meyvənin bu cür qeyri-təbii görünüşü olmur. Odur ki, qiymətə aldanıb, kimyəvi yolla qurudulmuş meyvələri süfrələrinizə rəva görməyin.

Keyfiyyətli quru meyvə ya bütöv, ya da səliqə ilə doğranmış vəziyyətdə olmaldır. Üzərində zədə, ləkə olmamalıdır. Hətta bir ədəd meyvənin üzərində bu qüsurla rastlaşsanız, düşünməyin ki, onu kənara qoymaqla məsələ həll olur. Belə məhsulu ümumiyyətlə almamağınızı tövsiyə edirik.

Quru meyvələr nə renzin kimi çox bərk nə də əziləcək qədər yumşaq olmalıdır. Çünki meyvə qurudulan zaman onun tərkibindəki nəmlilik dərəcəsi 18-20 faizədək azalır. Bu isə o deməkdir ki, quru meyvə elastik və rahatyeyilən olmalıdır.

Quru meyvənin üzərinin çox büzüşmüş olması onun düzgün qurudulmadığına işarədir. Bu hal məhsulun keyfiyyətini aşağı salır. Üzərində spirt qıcqırması və kif əlamətləri olan quru meyvələrsə sağlamlığımız üçün böyük təhlükəlidir.

Quru meyvə alarkən həmçinin rənginin şəffaflığına da önəm vermək lazımdır.

Mediainfo.az

Çox oxunan xəbərlər
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2020 (c) Mediainfo.az. Created by NetService.az