Sarımsaq koronavirusu müaılicə edir, yoxsa şikəstliyə səbəb olur?

Sarımsaq koronavirusu müaılicə edir, yoxsa şikəstliyə səbəb olur?

Sarımsaq immuniteti möhkəmlədən əla antibakterial bir vasitədir. Sarımsaqdan uzunmüddətli müalicəvi məqsədlər üçün istifadə olunur. Sarımsaq immunitet üzərində stimullaşdırıcı təsir göstərir ki, bu da infeksiyaların və koronavirus pandemiyasının müalicəsinə müəyyən qədər yardım göstərir. Lakin bu müalicə həkimin nəzarəti altında olmalıdır. İstənilən halda sarımsaqdan istifadə koronavirusa yoluxanın xəstəliyi yüngül keçirməsinə kömək edir. Lakin bu o demək deyil ki, ondan necə gəldi, istənilən formada istifadə etmək olar. Sarımsaqdan düzgün istifadə etmək vacibdir, əks halda arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

Oxuməni.az rianovosti-yə istinadən xəbər verir ki, bunu Radio Sputnikə açıqlamasında tanınmış gastroenterolog Nikita Xarlov bildirib. Nikita Xarlov belə hesab edir ki, çiy sarımsaqdan imtina etmək daha yaxşıdır, çünki bəzi fəsadları ola bilər.
"Sarımsaq güclü antibiotik, əla antivirus vasitədir. Buna görə də ondan adətən heyvan mənşəli məhsulların zərərsizləşdirilməsi, dezinfeksiya edilməsi üçün istifadə olunur. Lakin çiy sarımsaqdan istifadə etməməyi məsləhət görürəm. Çünki sarımsaq bakteriya və göbələkləri öldürməklə yanaşı, həzm sisteminə, mədə, xüsusilə də bağırsaqlara qıcıqlandırıcı təsir göstərir. Çiy sarımsaq qastrit və qıcıqlanmış bağırsaq sindromu olan insanlarda əlavə problemlərə, zədələnmələrə gətirib çıxara bilər", - deyə Nikita Xarlov bildirib.

Elmar

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az