Buzlaqların altında qədim nəhəng gölün qalıqları tapıldı

Buzlaqların altında qədim nəhəng gölün qalıqları tapıldı

Ötən il alimlər Qrenlandiyanın buz təbəqəsi altında 50-dən çox gölün aşkarlandığını bildirmişdi. Bunlar əsas süxurlarla buz səthi üzərində qalan ərimiş su hovuzundan ibarətdir. Yeni tapıntı fərqli təbiətə malikdir. Bu, çox güman ki, indi yerləşdiyi ərazidə buzun olmadığı dövrdə meydana gəlib.

Oxuməni.az xəbər verir ki, artıq çoxdan qurumuş bu qədim gölün su hövzəsi yüz milyonlarla və hətta bir milyard il bundan əvvəl yaranmış çöküntü yataqları ilə doludur.

Tədqiqatçıların sözlərinə görə, su hövzələrinin yerində aşkarlanmış bu gölün sahəsi 7100 kvadratmetrə yaxın, dərinliyi isə 50-250 metr təşkil edir. Bu nəhəng su anbarı gölün şimal maili yamacındakı 18 kiçik çaydan qidalanır.

"Bu, indi tamamilə gizli və əlçatmaz olan landşaftdakı məlumatların bir yerə yığa bilmək üçün əhəmiyyətli bir arxiv ola bilərdi. Biz həmin çöküntülərə çata bilsəydik, buzun burda nə zaman yaranması və yox olması barədə məlumat toplaya bilərik", - deyə Kolumbiya Universitetinin aparıcı tədqiqatçısı Qay Paksman bəyan edib.

"Kemp-Sençuri hövzəsi" adlandırılan bu nəhəng göl yatağı "NASA Operation IceBridge" öz missiyasını yerinə yetirdiyi ərəfədə qütb bölgələrinin şəkillərini müşahidə edərkən aşkarlanıb.

Tədqiqatçılar hesab edirlər ki, bu göl yerli süxurlarda çatların əmələ gəlməsi səbəbindən yaranan yerdəyişmələr nəticəsində yaranıb. Buzlaq eroziyaları sonradan vaxt keçdikcə su hovuzu formasını alır.

Alimlər gələcəkdə bu qədim göldəki süxurlara çata biləcəyinə ümidlidir. Lakin qədim süxurların yuxarı hissəsinin hazırkı buz səthindən 1,8 kilometr aşağıda olması qazma işlərinin çox çətin keçəcəyinə işarə edir.

Səda

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.10.05

2022.10.04

2022.10.03

2022.10.02

2022.10.01

2022.09.30

2022.09.29

2022.09.28

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az