İsrailli uşaq 3000 il əvvələ aid edilən unikal sənət əsəri tapıb

İsrailli uşaq 3000 il əvvələ aid edilən unikal  sənət əsəri tapıb

Doqquz yaşlı israilli Binyamin Milt Yerusəlimdə məbəd dağında kiçik qızıl muncuq tapıb və onun üç min yaşı ola biləcəyi ehtimal edilir.

Oxuməni.az xəbər verir ki, bu barədə Bu Temple Mount Sifting Project saytı məlumat yayıb.

Bəzəkdə dörd qat var, onlardan hər biri çiçək formasında bir-birinə bərkidilmiş kiçik qızıl kürəciklərdən ibarətdir. Eyni zamanda, muncuq yaxşı vəziyyətdə qalıb. Hətta tapıntı ilə tanış olan arxeoloq onun günümüzə aid olduğunu düşünüb.

Araşdırmalar zamanı bu muncuğun bizim eradan əvvəl 950- 586-cı illərdə mövcud olan Süleyman məbədi dövründə yaradıldığı ortaya çıxıb.

Alimlər qeyd edirlər ki, bu dövrün qızıl məmulatlarına çox nadir hallarda rast gəlinir, çünki həmin dövrdə qızıla böyük miqdarda gümüş qatılırdı.

Zaur

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az