Dünyanın ən bahalı kürüsü: Qara deyil, qızılıdır və qızıl qiymətinədir

Dünyanın ən bahalı  kürüsü: Qara deyil, qızılıdır və qızıl qiymətinədir

Belə bir fikir mövcuddur ki, dünyanın ən bahalı kürüsü qara kürüdür. Lakin hər şey belə sadə deyil. Sən demə, daha qiymətli kürü yetkin Ağ balığın kürüsü hesab edilir.

Oxuməni.az woman.rambler.ru-ya istinadən xəbər verir ki, bu kürü nə qədər parlaq olsa onun qiyməti qədər də yüksək olur. Buna görə də, dünyada ən bahalı kürü kimi Ağ balığın kürüsünə tələbat olduqca böyükdür. Onun dadını is hər adam qiymətləndirə bilməz. Bu balıqlar əsasən İran sularında daha çox yaşayır və kürü tökürlər.
Nadir balığın kürüsünü əldə etmək və satmaq hüquqları İranın House Almas şirkətinə məxsusdur. Yetkin Ağ balığın çəkisi bir tona kimi çata bilir. Onun birindən 200 kiloqram kürü əldə etmək mümkündür. Bu, dünyanın ən böyük şirin su balıqlarıdır. Onun adı Qırmızı kitaba daxil edilib.

Ağ balıq-albinos kürüsü qeyri-adi rəngə malikdir və parlaq ağ, tünd-qızılı parıltıyla insanı heyran edir.
İranda Ağ balıq-albinosların qorunub saxlanılmasına baxmayaraq onların sayı ildən-ilə azalmaqdadır. Çünki ona tələbat olduqca böyükdür və Ağ balığın parlaq kürüsü çox nadir bir delikates hesab edilir. Cenevrə Kürü Evinin nümayəndələrinin qiymətləndirmələrinə görə, Avropa bazarına ildə on kiloqramdan artıq olmayan belə kürü daxil olur.
İranda Ağ balıq-albinos kürüsünü "Almaz" adlandırırlar, bu isə brilyant deməkdir. Qərbdə və Şimali Amerikada isə məhsul "Qolden kavyar" - "qızıl kürü"adlanır. Həqiqətən də bu balıq qızıl qiymətinə satılır. Bəzi hesablamalara görə, yüz qram Brilyant kürü 2,5 min dollara satılır.

Yüksək qiymətinə baxmayaraq, parlaq qızılı kürü çox tələb olunur. Bütün dünyada varlılar Ağ balıq-albinos kürüsünü yemək üçün 4-5 il öncədən növbəyə durmalı olurlar.
Amma bu məhsul belə böyük xərclərə dəyərmi? Deyirlər ki, qızılı kürü dünyada heç nə ilə müqayisə edilə bilməyən təkrarolunmaz dada malikdir. Onun dadı balıq deyil, xoş qoxulu, insanı məst edən badam dadını xatırladır. Yüksək kaloriliyinə görə isə qızılı kürü ətdən üstündür.

Avropada bahalı qızılı kürünün daxil olduğu yerlərdən biri Londondakı Pikadilli "kürü evi" restoranıdır (Caviar House & Prunier in Picadilly). Burada bir kiloqram qızılı kürü təxminən 25000 dollar dəyərindədir. Onu təxminən 1500 dollar dəyərində olan kiçik bankalarda da əldə edə bilərsiniz
Kürü süfrəyə yalnız qızıl sinidə verilir. Məlumdur ki, restorana il ərzində 4-5 (1,8 kiloqram) banka bu kürüdən sifariş verilir.
Bir dəfə italiyalı siyasətçi Silvio Berluskoniyə sual verən jurnalistlərdən biri ondan soruşmuşdu ki, Ağ balıq -albinos kürüsündən dadmısınızmı? O zaman ölkənin Baş naziri olan Berluskoni özünü itirmədi və soruşdu: "Bəs siz?". Amma sonra əlavə etdi: "Bəli, çox dadlı və qeyri-adi idi".

Düşünmək olardı ki, dünyada Ağ balıq -albinosların qızılı kürüsündən qiymətli yemək tapmaq mümkün deyil. Amma sən demə, Avstriyadan olan "ixtiraçı" balıqçı Valter Qruel və onun oğlu Patrik qızılı kürüyə əsl qızıl əlavə etmək haqda düşünüblər. Onlar qızılı kürüyə qızıl tozcuqları əlavə ediblər. Belə kürünün 1 kiloqramının qiyməti isə 300 min dollardır. Kürünün bir çay qaşığının qiyməti təxminən 40 min dollara satılır. Süfrəyə verilən və xüsusi sifariş əsasında hazırlanan bu məhsul "ağ qızıl"adlandırılır.

Emin Axund

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.10.05

2022.10.04

2022.10.03

2022.10.02

2022.10.01

2022.09.30

2022.09.29

2022.09.28

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az