Smartfon tokda olarkən təhlükə mənbəyinə çevrilir: İnsanı öldürə bilər

Smartfon tokda olarkən təhlükə mənbəyinə çevrilir: İnsanı öldürə bilər

Smartfonu enerji ilə doldurarkən, batareya istilənir. Buna görə də, öz təhlükəsizliyiniz üçün sizə gələn zəngi cavablandıran zamanı ya mobil cihazın adapterini elektrik şəbəkəsindən ayırın, ya da səsgücləndirici ilə danışın.

Oxuməni.az xəbər verir ki, bunu "Telecom" analitik agentliyinin direktoru Denis Kuskov "Praym" nəşrinə deyib.

Onun sözlərinə görə, mövcud həyat ritmini nəzərə alsaq çoxları smartfonu gün ərzində bir neçə dəfə enerji ilə doldurmaq məcburiyyətindədir.

"Hazırda smartfonları sürətlə,10-15 dəqiqə ərzində dolduran yeni texnologiyalar mövcuddur. Lakin bu zaman batareya isinir. Buna qalın telefon qutusu əlavə edilərsə, həddindən artıq istiləşmə ehtimalı yüksəkdir. Ona görə təhlükəsizlik baxımından cihazı şəbəkədən ayıraraq danışmaq daha yaxşıdır. Əlbətdə ki, telefonun əllərinizdə partlaya biləcəyi ehtimalı da mövcuddur. Ona görə də bu riski tamamilə aradan qaldırmaq daha yaxşıdır".

Oxuməni.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.10.05

2022.10.04

2022.10.03

2022.10.02

2022.10.01

2022.09.30

2022.09.29

2022.09.28

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az